Şəhriyar heç-heçə ilə liderlər qrupunda: İddialıların Turniri - II tur

ESTAFET/ Bu gün Berlində (Almaniya) şahmat tacına iddialıların turnirində ikinci turun oyunları keçirilib. Təmsilçimiz Şəhriyar Məmmədyarovun da iştirak etdiyi şahmat dünyasının ən maraqlı turnirində bu tur yalnız 1 görüş məhsuldar alınıb. 

 

Şəhriyar bu tur ağ fiqurlarla erməni Aronyanla qarşılaşırdı. Tərəflər 24-cü gedişdə heç-heçəyə razılaşıblar.

 

2 turdan sonra Şəhriyar 1,5 xalla Kramnik və Karuana ilə birlikdə ilk 3-lüyü bölüşür. 

 

 İkinci turun digər oyunlarını nəzərinizə çatdırırıq.

Şəhriyar Məmmədyarov (2809) – Levon Aronyan (2794)  0.5:0.5

Aleksandr Qrişuk (2767) – So Uesli (2799)  1:0

Liren Ding (2769) – Fabiano Karuana (2784)  0.5:0.5

Vladimir Kramnik (2800) – Sergey Karyakin (2763)  0.5:0.5

 

Turnir cədvəli: Məmmədyarov, Kramnik, Karuana - 1,5; Aronyan, Liren Ding, Qrişuk - 1; Karyakin - 0.5; So – 0. 

 

"Şah" 3-cü turda qara fiqurlarla amerikalı Fabaino Karuana ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Müəllif: Natiq NƏSİROV