"Sumqayıt" qalib gəldi: Topaz Premyer Liqası

ESTAFET/ Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq. Tura 3 qarşılaşma ilə son qoyulacaq.

 

Günə Zirədə meydan sahiblərinin "Səbail"lə oyunu ilə start veriləcək. Son iki turu xalsız başa vuran hər iki komanda üçün bu qarşılaşmanın böyük əhəmiyyəti var. 

 

Turun mərkəzi görüşündə əzəli rəqiblər “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Son oyunları yüksək səviyyədə keçirən "Neftçi" "Bakcell Arena"da son çempiona qarşı da layiqli oyun göstərməyə çalışacaq.  

 

Son oyun Sumqayıtda keçiriləcək. 3-cü pilləyə yüksəlmək şansı qazanan "kimyaçılar" sonuncu pillədə qərarlaşan “Kəpəz”i qəbul edir. 

 

Topaz Premyer Liqası, 2017/18 mövsümü

XX turun oyunları

14 mart 2018

“Zirə” – “Səbail”  1:1

Qollar: Aleksandr Dedov 17 : Nikoloz Apakidze 54

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Fazil Mürşüdov

Zirə İdman Kompleksinin stadionu

 

“Neftçi” – “Qarabağ”  0:0

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

"Bakcell Arena"

 

“Sumqayıt” – “Kəpəz”  2:1

Qollar: Bəhlul Mustafazadə 72, Cavid İmamverdiyev 89 : İqor Korotetski 43

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

Sumqayıt şəhər stadionu 

 

Turnir cədvəli

 №  Komandalar O Q B M T-F X
1  Qarabağ  20   15   4   1   30 - 7   49 
2  Qəbələ 20 12 3 5  34 - 20  39
3  Sumqayıt 20 10 4 6 26 - 21 34
4  Zirə 20 9 6 5 28 - 20 33
5  Neftçi 20 8 3 9 24 - 22 27
6  Səbail 20 5 3 12 14 - 28 18
7  Keşlə 20 4 4  12  17 - 32 16
8  Kəpəz 20 3 1 16 13 - 36 10

 

Bombardir: Baqali Dabo ("Qəbələ") - 12 qol

Müəllif: Natiq NƏSİROV