Millimiz Ukrayna ilə Sofiyada qarşılaşacaq

ESTAFET/ Qadın voleybolçular arasında Qızıl Avropa Liqası çərçivəsində oynanılacaq Ukrayna - Azərbaycan görüşünün keçirilmə yeri müəyyənləşib. Faiq Qarayevin yetirmələri rəqibləri ilə Bolqarıstan paytaxtı Sofiyada oynayacaq.

 

Mayın 26-da Xristo Botev İdman Sarayında keçiriləcək oyun I dövrənin son görüşü olacaq. 

Müəllif: Orxan NOVRUZOV