Taekvondoçularımız "Ukraine Open" turnirində

ESTAFET/ Bu gün Ukraynanın Xarkov şəhərində növbəti beynəlxaq turnirə start verilib. İki gün davam edəcək G1 kateqoriyalı turnirdə Azərbaycan idmançıları da iştirak edir. Belə ki, böyükərdın ibarət milli yığma komandamız bu yarışda 15 kişi və 8 qadın taekvondoçu ilə təmsil olunur.

 

Xarkov şəhərinin “Lokomotiv” idman sarayında keçirilən “Ukraine Open” turnirində kişilərdən İlham Əliyev, Məcid Sofiyev (hər ikisi 54 kq), Qaşım Maqomedov, Əli Məmmədov (hər ikisi 58 kq), Roman Samodurov, Ruslan Babayev və Xanrul Fətullayev (hər üçü 63 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Səid Quliyev, Əliəskər Əliyev, Fariz Əliyev (hər üçü 74 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq) və Radik İsaev (+87 kq) mübarizə aparacaq.

 

Qadın idmançılarımızdan Nərgiz Mirzəyeva (46 kq), Patimat Abakarova, Rufina Əlizadə (hər ikisi 53 kq), Leyla Məmmədova (57 kq), Kubra Əmirzadə, Şəms Həsənova (hər ikisi 62 kq), Fəridə Əzizova (67 kq) və Elvarə Cəlilova (+73 kq) dayanq üzərinə çıxacaq.

 

Komandamız yarışa baş məşqçi Reza Mehmandoust, qadınlardan ibarət millinin baş məşqçisi Elmur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə qatılıb. Xatırladaq ki, turnirin qalibi reytinq xalına 10 xal əlavə edəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV