Rafael və Firdovsi bürünc üçün döyüşəcəklər

ESTAFET/ Milli komandanın iki üzvü Hollandiyada Karate1 Premyer Liqa turnirinin ilk günü bürünc medal qazanmaq şansı əldə edib.

 

Yarımfinalda qələbəni əldən verən Firdovsi Fərzəliyev (60 kq) təsəlliverici görüşlər mərhələsində həlledici döyüşünü keçirəcək. Təsəlliverici görüşlərə qatılmalı olan digər idmançımız Rafael Ağayev (75 kq) isə iki rəqibini məğlub edərək, bürünc medal uğrunda son döyüşünə çıxacaq. Hər iki karateçimizin yekun nəticəsi bazar günü mükafatlar uğrunda görüşlərdə bilinəcək.

 

Martın 16-da Niyazi Əliyev (67 kq), Nuranə Əliyeva və Fidan Teymurova (ikisi də 50 kq), həmçinin İlahə Qasımovanın (55 kq) çıxışı yekunda uğursuz alınıb. Şənbə günü Ayxan Mamayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (üçü də +84 kq), eləcə də Roman Heydərov (kata) mübarizəyə qatılır. 

Müəllif: Natiq NƏSİROV