Karateçilərdən daha bir üçüncülük şansı

ESTAFET/ Hollandiyada Karate1 Premyer Liqa turnirinin ikinci yarış günü daha bir idmançımız bürünc medal uğrunda mübarizə imkanı əldə edib.
Yarımfinaladək yüksələn Ayxan Mamayev (84 kq) fransız rəqibinə qalib gələ bilməsə də təsəlliverici görüşlər mərhələsinə düşüb. Bazar günü həlledici döyüşdə onu tanınmış iran idmançısı ilə çətin görüş gözləyir. Rafael Ağayev (75 kq) Firdovsi Fərzəiyev (60 kq) 3-cü yer uğrunda son görüşə çıxacaq.
