Basketbolçularımız "Novruz-2018" turnirində

ESTAFET/ Bu il Qırğızıstanın paytaxtı Bişkekdə sayca 25-ci olan basketbol üzrə ənənəvi "Novruz 2018" beynəlxalq turniri keçiriləcək.

 

Turnirə ölkəmizin U20 millisindən başqa, Özbəkistanın iki və ev sahiblərinin 3 komandası qatılıb.

 

Komandamızın yarış cədvəli:

17 mart U20 (Azərbaycan) - "Spartak" (Özbəkistan)

18 mart U20 (Azərbaycan) - "SKMORU" (Özbəkistan)

19 mart "Politexnik" (Qırğızıstan) - U20 (Azərbaycan)

20 mart "Gines 29" (Qırğızıstan) - U20 (Azərbaycan)

21 mart "Tulpar SKİF" - U20 (Azərbaycan) 

Müəllif: Natiq NƏSİROV