Şəhriyarın çempionluq şansı minimuma enir
ESTAFET/ Berlində davam edən şahmat üzrə İddialıların Turniri bu gün 13-cü turun oyunları ilə davam edib.
Ötən tur ağ fiqurlarla çinli Dinq Lirenə məğlub olan təmsilçimiz Şəhriyar Məmmədyarov turnirdə qələbə şansını artıq başqalarının çıxışından asılı etmişdi. Bu gün yenə ağ fiqurlarla rus Aleksandr Qrişukla qarşılaşan Şəhriyar qalib gəlsə də, Karuana və Katyakinin xal itirmək ümidi özünü doğrultmadı.
Təmsilçimiz son turda qələbə qazansa belə lider digər rəqiblərin xal itirməsinə ümid etməli olacaq.
İddiaçılar turniri
XIII tur
26 mart 2018
Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Aleksandr Qrişuk (2767, Rusiya) - 1:0
Uesli So (2799, ABŞ) - Sergey Karyakin (2763, Rusiya) - 0.5:0.5
Fabiano Karuana (2784, ABŞ) - Levon Aronyan (2794, Ermənistan) - 1:0
Liren Dinq (2769, Çin) - Vladimir Kramnik (2800, Rusiya) - 0.5:0.5
Turnir cədvəli:
1. Karuana - 8 xal, 2-3. Məmmədyarov, Karyakin - 7.5 xal, 4. Dinq - 7; 5. Qrişuk - 6,5 xal, 6. Kramnik - 6 xal, 7. So - 5,5 xal, 8. Aronyan - 4 xal.