İntizam Komitəsindən yeni cərimələr

ESTAFET/ Bu gün AFFA-da İntizam Komitəsinin növbəti iclası keçirilib və iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

I Divizionun XX turunun “Xəzər” – “Turan” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun XX turunun “Zaqatala” – MOİK matçının 82-ci dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Yunis Muxtarlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2). 

Müəllif: Bəhruz MƏMMƏDOV