Millimiz Antalyaya 12 cüdoçu ilə yollanır
ESTAFET/ Türkiyənin Antalya şəhərində aprelin 6-dan etibarən cüdo üzrə növbəti Qran-pri yarışı keçiriləcək. Yarışda Azərbaycan 12 cüdoçu (9 kişi və 3 qadın) ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Mehman Sadıqov, Tofiq Məmmədov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Telman Vəliyev (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) yarışacaq.
Qadınların yarışında isə Leyla Əliyeva, Bazarraqça Erdenebat (hər ikisi 48 kq) və Buyanxişiq Purevsuren (52 kq) güclərini yoxlayacaqlar.
Ümumilikdə isə yarışa 52 ölkədən 348 (228 kişi, 120 qadın) cüdoçu qeydiyyatdan keçib.