Tbilisidə 8 cüdoçumuz tatamiyə çıxacaq

ESTAFET/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində matrın 30-dan etibarən cüdo üzrə növbəti Qran-pri yarışı keçiriləcək. 3 gün davam edəcək yarışda Azərbaycan 8 kişi cüdoçu ilə mübarizəyə qoşulacaq.  

 

Belə ki, məşqçilər korpusu qonşu ölkəyə Sadiq Məhərrəmov, Oruc Vəlizadə (hər ikisi 60), Elçin Hüseynov (66 kq), Paşa Əliyev, Telman Vəliyev (hər ikisi 73 kq), Coşqun Abdullayev (81 kq), Sənan Əhmədov (100 kq) və Cəlil Şükürovdan (+100 kq) ibarət heyətlə yollanacaq. 

 

Ümumilikdə isə yarışa 38 ölkədən 302 (183 kişi, 119 qadın) cüdoçu qeydiyyatdan keçib. 

Müəllif: Natiq NƏSİROV