Autizmli uşaqlar arasında stolüstü tennis üzrə yarış keçirilib
ESTAFET/ 28-29 mart 2018-ci il tarixində Gənclər və İdman nazirliyi, Green Light Autism Center və Stolüstü Tennis Federasiyanın birgə təşkilatçılığı ilə Autizmli şəxslər arasında stolüstü tennis üzrə yarış keçirilib.
5 klubdan 18 nəfərin qatıldığı turnir Autizm ayı üçün nəzərdə tutulan tədbirlər planının tərkib hissəsi kimi baş tutub. Turniri 9-12 yaslılarda Nicat Həmidov (“Kanner”), 13+ yas qrupunda isə Rza Bayramov (“Green light”) qalib kimi başa vurublar. Fərqlənənləri “Neftçi” futbol klubunun kapitani Ruslan Abışov, GİN nümayəndəsi Ərşad Nəsibov və “Green light” autizm mərkəzinin rəhbəri Gülarə Qocayeva təbrik və təltif ediblər.