Tennisçimiz 2018 Gənclərin Olimpiya Oyunlarına növbəti lisenziyanı qazandı
ESTAFET/ 24-25 mart tarixlərində Tunisdə 2018 Buones-Ayres Gənclərin Olimpiya oyunlarına stolüstü tennis üzrə növbəti təsnifat turniri keçirilir.
Turnirin birinci mərhələsində 25 idmançı iştirak edirdi. Təmsilçimiz Yu Xinhangin keçirdiyi bütün görüşlərdə qalib gələrək ölkəmizə növbəti lisenziyanı təmin edib.
2018 Gənclərin Olimpiya Oyunlarında bu növ üzrə hər ölkəyə iki yer ayrılıb. Qeyd edək ki, Azərbaycan stolüstü tennis idman növü üzrə artıq hər iki lisenziyanı qazanıb. Daha öncə bu vəzifənin ödəsindən digər milliləşdirilmiş legioner Ninq Jinq gəlmişdi.