“Kəpəz” hazırlığı tamamladı
ESTAFET/ Azərbaycan yığma komandasının təlim-məşq toplanışı və yoxlama oyunları ilə bağlı ölkə çempionatında yaranmış 17 günlük fasilə sabah başa çatır. Topaz Premyer Liqasında XXItur Gəncədə başlayacaq. Doğma meydanda “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı matça hazırlığın əsas hissəsini Bakıda keçirib. Dünən Nizami yurduna gələn “sarı-göylər” oyun öncəsi son məşqinə görüşün reallaşacağı şəhər stadionunda çıxıb. Hazırlıq prosesi təxminən 50 dəqiqə sürüb.
Sabahkı oyunda zədəli olan Dedimar Ferreyra iştirak edə bilməyəcək. Müdafiəçinin diz bağlarında gərilmə var. Komandanın digər zədəli futbolçusu olan Kamran Abdullazadənin durumu isə yaxşıdır. Abdullazadə bu gün kollektiv məşqlərdə iştirak edib.