Millimiz Türkiyədə beynəlxalq turnirdə oynayacaq

ESTAFET/ 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Aprelin 22-dən 28-dək keçiriləcək turnirdə millimizin rəqibləri meydan sahibləri ilə yanaşı Yunanıstan və Gürcüstan yığmaları da olacaq. 

 

Yeniyetmələrimizə yeni təyin olunan baş məşqçi Azər Məmmədov yetirmələrinə hazırlıq məqsədilə aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

 

Komandamız turnirdə keçirəcəyi oyunların təqvimi isə belədir:

 

23 aprel 2018

16:00 Yunanıstan - Azərbaycan

 

25 aprel 2018

18:00  Türkiyə - Azərbaycan

 

27 aprel 2018

15:00  Gürcüstan - Azərbaycan 

Müəllif: Orxan NOVRUZOV