Yığmamız qitənin ən güclüləri ilə eyni turnirdə

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyədə keçiriləcək “Gloria Cup” turnirinə qatılacaq. Voleybolçularımız Yaponiyada baş tutacaq Dünya çempionatı öncəsi Antalyada təşkil olunacaq yarışda qitənin ən güclüləri ilə qüvvəsini sınayacaq.

 

Belə ki, avqustun 22-26-da keçiriləcək yarışda yığmamızın rəqibləri Türkiyə, Rusiya və İtaliya olacaqlar. Komandamızın bu millilərlə turnirdən sonra yenidən yoxlama matçı keçirməsi də istisna edilmir.

 

Qeyd edək ki, Yaponiyada təşkil olunacaq mundial üçün təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçəcək komandamızın Aralıq dənizinin sahilində yerləşən “Alva Donna Exclusive Hotel & Spa” otelində məskunlaşacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV