Millimizin heyəti açıqlandı

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Aprelin 5-dən 10-dək paytaxtımızda keçiriləcək “I Türk Universitetləri İdman Oyunları”nda yığmaya Vüqar Əliyev rəhbərlik edəcək. 


Vüqar Əliyev bu yarış üçün Odina Bayramova, Ceyran İmanova, Mariya Kirilyuk, Viktoriya Ağakişiyeva, Leysan İyovkina, Anastasiya Bessonova, Kseniya Pavlenko, Leyla Parşkova, Şəfaqət Alışanova, Yana Əzimova, Bəyaz Əliyeva və Yekaterina Jidkovanı uyğun bilib.


Voleybolçularımızın bu turnirdə rəqibləri Qırğızıstan və Türkiyə millisi olacaq. İlk oyun aprelin 8-də, ikinci isə bir gün sonra keçiriləcək. Hər 2 görüş Voleybol Mərkəzində baş tutacaq və saat 18:00-da başlayacaq.

 

Türk Universiadasında həmçinin, kişilərdən ibarət yığmamız da qüvvəsini sınayacaq. Onların rəqibləri Türkiyə voleybolçuları olacaqlar. Komandalar ilk qarşılaşmasına aprelin 7-də, ikinci oyununa ertəsi gün çıxacaqlar. Matçlar saat 15:00-da start götürəcək. 

Müəllif: Orxan NOVRUZOV