Millimiz darmadağın oldu

ESTAFET/ 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda millimizin də yer aldığı III qrupun oyunlarına start verilib. Finlandiyada təşkil olunan turnirin ilk oyununda millimiz Fransa ilə qarşılaşıb. 

 

Lahti şəhərində keçirilən oyunun ilk yarım saatında fransızlar Delabrenin vurduğu üç qolla oyunun taleyini həll ediblər.  İkinci hissədə də eyni sayda qol vuran rəqib millimizi darmadağın edib - 0:6.

 

Qrupun digər görüşündə meydan sahibləri Belçika ilə qarşılaşacaq.

 

 

19 yaşadək qızlar arasında Avropa çempionatı

Elit-raund, III qrup

I tur

4 aprel 2018

Fransa - Azərbaycan  6:0

Qollar: Delabre 10 (pen.), 19, 30, Bussaha 67, 70, Kardita 90+2

Lahti. “Kisapuisto” stadionu 

Müəllif: Bəhruz MƏMMƏDOV