"AZTOP"la NTD ölkə çempionunu müəyyənləşdirəcək

ESTAFET/ Texniki Universitetinin idman zalında keçirilən kişilər arasında basketbol üzrə ölkə birinciliyinin pley-off mərhələsi başa çatıb.

 

Belə ki,  NTD çətinlik çəkmədən ADNSU-nin basketbolçularını üstələdi 101:83 ( seriyada 2:0). "AZTOP" isə çox gərgin mübarizə şəraitində "80-lər"ə qalib gəldi 70:64 (seriyada 2:0).

 

Final mərhələdə NTD və "AZTOP" birinci yer, "80-lər" və ADNSU isə üçüncü yer uğrunda güclərini sınayacaqlar.  

Müəllif: Natiq NƏSİROV