Çin Qran Prisi üçün təkər seçimi təsdiqləndi
ESTAFET/ "Pirelli" şirkəti Formula 1 üzrə Dünya çempionatının mərhələlərindən olan Çin Qran Prisi üçün Medium, Soft və UltraSoft şinlərini aparacaq. İtaliyalılar bu gün komplekt seçimlərini təsdiqləyiblər.
Gözlənildiyi kimi, əksər komandalar daha yumşaq təkərlərə üstünlük veriblər. Komandalar təklif olunan şin tərkibindən yalnız 1-2 dəst ən sərt model ilə kifayətləniblər.
Yalnız Force Indianın sürücüləri və Şarl Lekler 3 dəst Medium şini seçib.