Bu gün avtoidman dünyası Con Brebhemi anır
ESTAFET/ Bu gün Sidney (Avstraliya) şəhərətrafında yerləşən Hörtsvilldə üçqat Dünya çempionu Con Artur "Cek" Brebhemin doğum günüdür. Sonuncu titulunu qazanarkən Sir Cek Brebhemin 40 yaşı var idi və o bunu öz adını daşıyan Brabham BT19-un sükanı arxasında bacarmışdı. Hələ ki, bu nailiyyəti təkrarlamağı heç bir sürücü bacarmayıb.
Əfsanəvi sürücü qələbə hesabını ilk dəfə "Cooper"in sükanı arxasında 1959-cu il Monako Qran prisini qazanmaqla açıb. Elə həmən il özünün ilk titulunu qazanıb. Həmən mövsüm çempionatın tarixində unudulmaz səhnə yaşanıb - mövsümün son yarışı olan ABŞ Qran Prisinin son dövrəsində avstraliyalının maşınının çənində yanacaq bitir, lakin o maşını finişədək itələməyi bacarır.
Növbəti mövsüm Brebhem ikinci dəfə çempionluğunu bayram edir. Bu dəfə o ötən mövsümdəkindən 2 dəfə daha çox qələbə qazanır. Onun bu qələbələrindən sonra Avstraliyada Formula 1-ə böyük sevgi və axın başlayır. Formula 1-in Alan Cons, Mark Uebber, Daniel Rikkardo kimi ulduzları Brebhemin uğurlu davamçılarıdır.
Brebhem trassda çox sərt, lakin dəqiq hərəkət edirdi. Heç vaxt kiminsə onu ötməsini sevməyib və heç vaxt rəqiblərinə onun mövqeyinə keçməsinə imkan verməyib. Bu aqressivliyinə və güzəştsizliyinə görə ona "Black Jack" ləqəbi verilmişdi.
1979-cu ildə avtoidmandakı nailiyyətlərinə görə ona cəngavər titulu verilir və bundan sonra üçqat dünya çempionu Ser Cek Brebhem adı ilə çağırılır. O karyerasını bitirsədə, onun adını daşıyan maşınlar 1992-ci ilədək starta çıxırdı.
Cek Brebhem 2014-cü ilin may ayında 88 yaşında vəfat edib. Bunadək isə, 2013-cü ildə Melburnda Albert Parkda onun bürüncdən büstü qoyulmuşdu. Ötən il isə Avstraliyada əfsanəvi sürücünün şərəfinə xüsusi pul sikkələri buraxılmışdı.