ÇL-də həftənin ən yaxşısı Salah oldu

ESTAFET/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunu açıqlayıb. Qurumun rəsmi sayıtnın məlumatına görə, İngiltərənin "Liverpul" klubunun misirli yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı futbolçu seçilib.

 

Salah səslərin 53 faizini toplayıb. İkinci yerdə İspaniyanın "Real Madrid" klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu 35 faiz səslə qərarlaşıb. Almaniya "Bavariya"sının yarımmüdafiəçi Xames Rodriqes isə 5 faiz səslə 3-cü olub.

 

Xatırladaq ki, "Liverpul" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etmişdi və bu görüşdə Məhəmməd Salah 1 qol vurub.  

Müəllif: Natiq NƏSİROV