Gənc cüdoçularımız İtaliyada 6 medal qazandı

ESTAFET/ İtaliyanın Liqnano şəhərində gənclər arasında Avropa kuboku yarışı keçirilib. Beynəlxalq turnirdə cüdoçularımız 6 medal qazanıblar.

 

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Rəşxan Baxışəliyev (55 kq) və Yaşar Nəcəfov (60 kq) gümüş medala sahib olublar. Rövşən Əliyev (55 kq), Əhməd Yusifov (60 kq) və Adil Kərimli (100 kq) isə bürünc medal qananıb.

 

Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa kuboku turnirundə Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub. 

Müəllif: Bəhruz MƏMMƏDOV