Ağayevin səhvi düzəldildi
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXII turunun “Neftçi” - “Sumqayıt” matçının protokolunda dəyişiklik edilib. Belə ki, avtoqol "Sumqayıt"ın üzvü Azər Salahlının passivindən silinib. 63-cü dəqiqədə vurulan qolun müəllifi kimi Namiq Ələsgərov qeyd olunub.
Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata keçirilib.