Çempionlar Liqasının da püşkü atıldı
ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirinin 4 iştirakçısı 2 cütlük təşkil edib.
Yarımfinal mərhələsində ilk oyunlar aprelin 24-25-də, cavab görüşləri isə mayın 1-2-də baş tutacaq.
Püşk final matçının nominal meydan sahibini də müəyyənləşdirib. Bu qarşılaşmada meydan sahibi “Bavariya” - “Real” cütünün qalibi olacaq.
UEFA Çempionlar Liqası, 2017/18 mövsümü
Yarımfinal
“Bavariya” (Almaniya) - “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) - “Roma” (İtaliya)
Final
“Bavariya” (Almaniya) - “Real” (İspaniya) cütünün qalibi - “Liverpul” (İngiltərə) - “Roma” (İtaliya) cütünün qalibi