Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

ESTAFET/ Bu gecə futbol üzrə UEFA Avropa Liqasının (AL) 1/4 final mərhələsində cavab oyunları keçirilib. Keçirilən 4 qarşılaşmanın hamısı eyni vaxtda start götürüb.

 

Oyunların nəticələrinə görə, Arsenal (İngiltərə), Atletiko (İspaniya), Zaltsburq (Avstriya) və Marsel (Fransa) komandaları adlarının yarımfinala yazdırmağı bacarıblar. 

 

 

Avropa Liqası, 2017/18 mövsümü

1/4 final - cavab oyunları

12 aprel 2018

ÇSKA (Rusiya) - “Arsenal” (İngiltərə)  2:2

Qollar: Çalov 39, Nababkin 50 : Uellbek 75, Remzi 90+2

Baş hakim: Feliks Zvayer (Almaniya)

Moskva. “MOİK Arena”

İlk oyun - 1:4

 

“Zalsburq” (Avstriya) - “Latsio” (İtaliya)  4:1

Qollar: Dabbur 56, Haydara 72, Hvanq Hi Çan 74, Leyner 76 : İmmobile 55

Baş hakim: Damir Skomina (Sloveniya)

Zalsburq. Şəhər stadionu

İlk oyun - 2:4

 

“Sportinq” (Portuqaliya) - “Atletiko” (İspaniya)  1:0

Qol: Montero 28

Baş hakim: Milorad Maziç (Serbiya)

Lissabon. “Joze Alvalade” stadionu

İlk oyun - 0:2

 

“Marsel” (Fransa) - “Leyptsiq” (Almaniya)  5:2

Qollar: İlsanker 6 (ö.q.), Sarr 9, Tauvin 38, Paye 60, Sakai 90+4 : Bruma 2, Auqustin 55

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Marsel. “Velodrom” stadionu

İlk oyun - 0:1 

Müəllif: Natiq NƏSİROV