GÜNAHKAR RUSİYA OLDUĞU HALDA WADA TƏNQİD OLUNUR

ESTAFET/ Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven rusiyalı idmançıların Rio-2016 Olimpiya Oyunlarına buraxılmadıqlarına görə Rusiyanın deyil, Beynəlxalq Antidopinq Agentliyinin (WADA) günahlandırılmasına təəccübləndiyini deyib.
"2016 Olimpiya Oyunları zamanı "WADA"-nın ünvanına çox tənqid eşitdim, ancaq Rusiya haqqında heç bir tənqid eşitmədim. Bu çox təəccüblüdü. Gəlin bu məsələdə kimin günahkar olduğunu unutmayaq. Günahkar Rusiyadı, "WADA" deyil" - deyə Kreyven bildirib.
