Regionlar arası “Federasiya kuboku” yarışına start verildi
ESTAFET/ İsmayıllıda cüdo üzrə regionlar arası “Federasiya kuboku” uğrunda komanda yarışlarına start verilib. Turnir U-15 yeniyetmə cüdoçular arasında keçirilib.
Yarışda respublikamızın 5 bölgəsindən olan perespektivli cüdoçular mübarizə aparıblar. Daha yaxşı nəticə göstərən “Bakı-2” komandası “Federasiya kuboku” turnirinin ilk mərhələsinin qalibi olub. “Sumqayıt-3” klubu 2-ci, “Şimal-1” komandası isə 3-cü yeri tutub. Regionlar arası “Federasiya kuboku” uğrunda komanda yarışlarının növbəti mərhələsi aprelin 21-də Masallı rayonunda keçiriləcək.