"Neftçi"dən azarkeşlərinə sürpriz

ESTAFET/ "Neftçi" futbol klubu azarkeşlərə sürpriz edib. Belə ki, mövsümün ən vacib ev oyununa - Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi” - "Qəbələ” qarşılaşmasına giriş sərbəst olacaq.

 

Aprelin 18-i saat 20:00-da "Bakcell Arena”da başlayacaq görüşü azarkeşlərimiz biletsiz izləyə biləcəklər. 

Müəllif: Bəhruz MƏMMƏDOV