Şahmatçılarımız üçün uğurlu tur
ESTAFET/ Xəbər verdiyimiz kimi, aprelin 8-dən etibarən Slovakiyanın Vısoke Tatrı şəhərində şahmat üzrə qadınlar arasında fərdi Avropa çempionatı strart götürüb. 19-dək davam edəcək yarışda Azərbaycan 6 şahmatçı ilə təmsil olunur.
Avropanın 30 ölkəsindən 144 qadın zaka sahibinin qatıldığı yarışda bu gün 8-ci turun oyunları keçirilib. Tur 5 şahmatçımızın qələbəsi ilə yekunlaşıb. Yalnız hazırda komandamızın heyətində ən yaxşı oyun sərgiləyən və üst pillələrdə qərarlaşan Günay Məmmədzadə turu bərabərliklə başa vurub. Bu bərabərliyin Avropa çempionu rus Aleksandra Qoryaçkina ilə əldə olunduğuna baxsaq, Günayın uğurlu çıxışını davam etdirdiyini söyləmək olar.
Təmsilçilərimizin hesabat turunda keçirdikləri qarşılaşmalari və nəticələri təqdim edirik.
Qadınlar arasında Avropa çempionatı
8-ci turun oyunları
Günay Məmmədzadə (2392) - Aleksandra Qoryaçkina (Rusiya, 2495) 0,5:0,5
Ülviyyə Fətəliyeva (2361) - Aleksandra Malçevskaya (Rusiya, 2237) 1:0
Gülnar Məmmədova (2360) - Mariya Qevorqyan (Ermənistan, 2226) 1:0
Zeynəb Məmmədyarova (2355) - Siranuş Qukasyan (Ermənistan, 2195) 1:0
Xanım Balacayeva (2348) - Elizaveta Solojenkina (Rusiya, 2236) 1:0
Türkan Məmmədyarova (2274) - Anastasiya Savina (Rusiya, 2358) 1:0
Şahmatçılarımızın xalları və sıralamadıkı mövqeləri:
Günay Məmmədzadə - 5,5 xalla 10-cu yer
Ülviyyə Fətəliyeva - 5 xalla 34-cü yer
Xanım Balacayeva - 5 xalla 37-ci yer
Türkan Məmmədyarova 4,5 xalla 51-ci yer
Gülnar Məmmədova - 4,5 xalla 62-ci yer
Zeynəb Məmmədyarova - 4 xalla 78-ci yer