Finalın adı "Keşlə" - "Qəbələ": Azərbaycan Kuboku

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan kubokunda keçiriləcək 2 qarşılaşma ilə yarımfinal mərhələsinə yekun vurulub. Hər iki qarşılaşma yerli və ukraynalı mütəxəssislərin dueli kimi də maraq doğururdu. Öncədən bildirək ki, kubokun finalı elə iki ukraynalı mütəxəssisin dueli ilə yekunlaşacaq.  . 

 

Keçirilən ilk qarşılaşmada “Keşlə” evdə qazandığı 1:0 hesablı qələbədən sonra Sumqayıtda eyniadlı komandanın qonağı idi. Yuri Maksimovun yetirmələri bu üstenleklərini çətinliklə də olsa qorumağı bacarıblar.  

 

İkinci qarşılaşmada isə Tərlan Əhmədovun çalışdırdığı “Neftçi” Qəbələdəki 2:1 hesablı qələbənin üstünlüyünü qoruya bilməyib. Oyunun başlanğıcı heç də pis alınmamışdı. "Neftçi" erkən qol vuraraq, artıq məsələni həll etmiş kimi görünürdü. Amma Qriqorçukun komandası hücumda bəlkə də mövsümün ən keyfiyyətli oyununu sərgiləyərək "Neftçi"ni tamamilə zərərsizləşdirdi.  

 

Azərbaycan kuboku, 2017/18 mövsümü

Yarımfinal - cavab oyunları

18 aprel 2018

“Sumqayıt” - “Keşlə”  1:1

Qollar: Cavid İmamverdiyev 64 : Sezar Meza Kolli 62

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov

Sumqayıt. Şəhər stadionu

İlk oyun - 0:1

 

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov

Məşqçi: Seymur Rəhimov

 

“Keşlə”: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 14. Andre Klennon, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev

Baş məşqçi: Yuri Maksimov

 

“Neftçi” - “Qəbələ”  1:3

Qollar: Soni Mustivar 10 : Baqali Dabo 21, 30, Cavid Hüseynov 61 (p.)

Qaçırılan penalti: Stiven Monroz 85 (kənara)

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyunu – 2:1 

 

“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 2. İlkin Qırtımov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov , 10. Derlis Meza Kolli, 93. Soni Mustivar, 11. İqnasio Herrera, 7. Namiq Ələsgərov, 9. Lukas Qomes
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 97. Elnur Cəfərov, 17. Rəhman Hacıyev, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya, 8. Emin Mahmudov
Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 16. Omar Malone, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk

Müəllif: Orxan NOVRUZOV