Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Səbuhi Abışovun rəqibi erməni oldu -
Səbuhi Abışovun rəqibi erməni oldu

ESTAFET/ İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində daha bir idmançımızın ilk rəqibi bəlli olub. 64 kq çəki dərəcəsində rinqə çıxacaq Səbuhi Abışov 1/8 finalda Arman Dabaqyanla (Polşa) gücünü yoxlayacaq.

 

Boksçumuzun rəqibinin adı birinciliyin startı günü məlum olub. 1/16 finalda Erdonis Maliqini (Kosovo) 5:0 hesabı ilə məğlub edən Polşa təmsilçisi mərhələ adladığından Abışovla qarşılaşacaq. İlk mərhələdən azad olan idmançımız Dabaqyanla sabah döyüşəcək. 

Müəllif: Orxan NOVRUZOV