Azər Mirzəyev Nepalda 2-ci oldu

ESTAFET/ Nepalın paytaxtı Katmandu şəhərində keçirilən “Kadmandu Open” şahmat turniri başa çatdı. Yarışda 12 ölkədən 173 şahmatçı mübarizə aparıb. Turnirdə ölkəmizi beynəlxalq qrossmeyster Azər Mirzəyev təmsil edib.

 

9 oyundan 5-ni qələbə , 4 isə heç-heçə ilə başa vuran Mirzəyev sonda 7 xalla turnirin ikincisi oldu. Turnirin qalibi adını isə Azəri cəmi yarım xal qabağlayan hindistanlı Xarşa Baratokti qazanıb. 

Müəllif: Orxan NOVRUZOV