Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Şəmkirdə iki gündür qalib müəyyənləşmir - - Shamkir Chess 2018
Şəmkirdə iki gündür qalib müəyyənləşmir - Shamkir Chess 2018

ESTAFET/ Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2018” superturniri davam edir. Şəmkirdə bu gün II turun görüşləri keçirilib.

 

Turda iki təmsilçimiz bir-biri ilə qarşılaşıb. Teymur Rəcəbovla Rauf Məmmədovun qarşılaşması 38-ci gedişdə bərabərliklə yekunlaşıb. 

 

İlk turda dünya çempionu Maqnus Karlsenlə heç-heçə edən şahmatımızın lideri Şəhriyar Məmmədyarov bu dəfə Radoslav Voytaşeklə görüşürdü. Polşa şahmatçısına qarşı qara fiqurlarla oynayan Şəhriyar bu dəfə də yarım xalla kifayətlənib. Tərəflər 31-ci gedişdə sülhə razılaşıblar. 

 

Turun digər 2 qarşılaşması da bərabərliklə yekunlaşdığından artıq iki gündür Şəmkirdə şahmat həvəskarları məhsuldar partiya izləyə bilməyiblr. 

 

Shamkir Chess 2018 

II tur


20 aprel 2018

Sergey Karyakin (Rusiya, 2778) - Dinq Liren (Çin, 2778)  0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan, 2748) - Rauf Məmmədov (Azərbaycan, 2704)  0,5:0,5

Maqnus Karlsen (Norveç, 2843) - David Navara (Çexiya, 2745)  0,5:0,5

Radoslav Voytaşek (Polşa, 2744) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814)  0,5:0,5

Veselin Topalov (Bolqarıstan, 2749) - Aniş Giri (Hollandiya, 2777)  0,5:0,5

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnirdə 9 tur oynanılacaq. 

Müəllif: Natiq NƏSİROV