Mühəndislərin sayı azaldıla bilər - Formula 1
ESTAFET/ Son illər bir çox komandalar yürüşlər zamanı bazada və trasın xüsusi yerlərində olan "taktika otaqları"nda müxtəlif ssenarilər işləyir, anında bir çox parametrləri təhlil edirlər. Bu da istənilən vəziyyətdə ani və çevik qərar qəbul etməyə kömək edir.
"Liberty Media"da isə hesab edirlər ki, 2021-ci ildə yürüşlər daha baxımlı və gözlənilməzliklərlə dolu olmalıdır. Bunun üçün də, reqlamentə edilən əlavədə komandaların bazasında işləyən mühəndislərin sayının azaldılmasına hazırlaşılır.
Hal-hazırda həftəsonunda mühəmdislərin trassda iş vaxtı "komenfdant saatı" ilə məhdudlaşdırılır. Ancaq komandaların bazasında məhdudiyyətsiz işləyirlər. Şirkət isə bunu nəzarətə götürmək istəyir.
Onların fikrincə, bu xərcləri azaldacaq, yürüşlərin keyfiyyətini yüksəldəcək, əsas işi mühəndislərdən sürücülərə yönləndirəcək. Hələ ki, bu haqda qərar qəbul olunmayıb, ancaq məsələ müzakirə edilir.