"QARABAĞ" ÇEMPİON!!!

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında XXIV tura yekun vurulub. Turun ikinci oyun günündə 3 qarşılaşma keçirilib.

 

İlk olaraq çempionatın autsayderləri qarşılaşıblar və hərəyə 1 dəfə fərqlənilən oyunda qalib müəyyənləşməyib. 

 

Bakı və Sumqayıtda keçirilən görüşlər eyni vaxta təsadüf edib. Elə bu iki görüşün nəticəsi sona 4 tur qalmış ölkə çempionunun adını rəsmiləşdirib. 

 

 

“Qəbələ”nin "Bakcell Arena"da "Neftçi"yə 0:1 hesablı məğlubiyyəti Sumqayıtda eyni hesabla qalib gələn "Qarabağ"ın ardıcıl 5-ci çempionluğu bayram etməsinə səbəb olub. "Neftçi" isə bu qələbə ilə 4-cü sıraya yüksəlib və indi onların bürünc və hətta gümüş medal qazanmaq şansları belə var.  

 

Topaz Premyer Liqssı

XXIV tur


22 aprel 2018

“Neftçi” - “Qəbələ”  1:0

Qol: Ruslan Abışov 4

Qırmızı vərəqə: Emin Mahmudov 62 (ikinci sarı vərəqə)

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
"Bakcell Arena"

 

“Neftçi”: 1. Səlahət Ağayev, 15. Ruslan Abışov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 11. İqnasio Herrera, 10. Derlis Meza Koll
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 97. Elnur Cəfərov, 3. Fərid Abbaslı, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 9. Lukas Qomes, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya
Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ”: 23. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 45. Famussa Kone
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 16. Omar Malone, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk

 


“Sumqayıt” - “Qarabağ”  0:1

Qol: Dani Kintana 34
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. Şəhər stadionu

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev (k), 2. Rail Məlikov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 77. Elnur Abdullayev
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 10. Cavid İmamverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 32. Rəşad Eyubov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov
Baş məşqçi: Samir Abasov

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 24. Nihad Tomarov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

 

 

“Səbail” - “Kəpəz”  1:1

Qollar: Faruk Miya 24 : Dario Federiko 19

Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”

 

“Səbail”: 25. Elxan Əhmədov, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 11. Elman Taqayev, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov
Ehtiyat oyunçular: 1. Emil Balayev, 10. Nurlan Novruzov, 17. Vüqar Nadirov, 26. Kamal Qurbanov, 66. Pərviz Qaraxanov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev, 99. Jarjue Maudo
Baş məşqçi: Samir Əliyev

 

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 16. Quili Mandqaladze, 8. Samir Zərgərov, 7. Roman Hüseynov, 91. Dario Federiko, 20. Tərzin Cahangirov, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə, 21. Murad Səttarlı, 6. Ceyhun Cavadov, 5. Tural Nərimanov, 10. Tural Rzayev, 2. Yusif Cəfərov
Baş məşqçi: Yunis Hüseynov 

Müəllif: Natiq NƏSİROV