“France Football” İnyestadan üzr istədi
ESTAFET/ Fransanın məşhur nəşri “France Football” nəşri Andreas İnyestadan üzr istəyib. Hər il dünyanın ən yaxşı futbolçusunu “Qızıl Top” mükafatı ilə təltif edən nəşr İnyestanın bu mükafatı ala bilməməsi səbəbindən üzrxahlıq edib.
Qəzetin baş direktoru Paskal Ferre son buraxılışda “Bağışla, İnyesta” adlı məqalə çap etdirib.
Qeyd edək ki, İspaniya millisinin yarımmüdafiəçisi karyerasında bir dəfə bu mükafatı almağa çox yaxın olub. 2010-cu il dünya çempionatında finalda Hollandiyaya həlledici qolu vuraraq komandasını çempion edən İnyesta həmin il keçirilən səsvermədə “Barselona”dakı tərəf müqabili Messidən sonra ikinci olmuşdu.
Mənbə: APASport