Təmsilçilərimizdən növbəti heç-heçələr - Shamkir Chess 2018

ESTAFET/ Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” superturniri birgünlük istirahıtin ardından bu gün VI turun oyunları ilə davam edib. 

 

Azərbaycanlı şahmatçılardan Teymur Rəcəbov ağ fiqurlarla polşalı Radoslav Voytaşek ilə bərabərə qalıb.

 

Şəhriyar Məmmədyarovla Rauf Məmmədov isə qara fiqurlarla oynayıb. Hər ikisi müvafiq olaraq Dinq Liren və Veselin Topalovla xalları yarı bölüblər.  

 

“Shamkir Chess 2018”

VI tur

25 aprel 2018

Teymur Rəcəbov (Azərbaycan, 2748) - Radoslav Voytaşek (Polşa, 2744)  0,5:0,5

Sergey Karyakin (Rusiya, 2778) - Maqnus Karlsen (Norveç, 2843)  0,5:0,5

Veselin Topalov (Bolqarıstan, 2749) - Rauf Məmmədov (Azərbaycan, 2704)  0,5:0,5

Aniş Giri (Hollandiya, 2777) - David Navara (Çexiya, 2745)  1:0

Dinq Liren (Çin, 2778) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814)  0,5:0,5

 

Turnir cədvəli: 1. Topalov - 4 xal, 2-3. Karlsen, Giri - 3,5 xal, 4-7. Karyakin, Məmmədov, Rəcəbov, Dinq - 3 xal,  8-9. Voytajek, Məmmədyarov - 2,5 xal, 10. Navara - 2 xal 

Müəllif: Natiq NƏSİROV