"Qarabağ" son dəqiqədə qazandı: Topaz Premyer Liqası

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında XXV tura start verilib. 3 gün davam edəcək turda ilk oyun günü 1 qarşılaşma oynanılacaq. 

 

Artıq çempionluğu təmin edən “Qarabağ” Zirə səfərində meydana çıxacaq. 10 turdur qələbə üzünə həsrtət qalan meydan sahibləri avrokubok mübarizəsindən daha da qopmamaq üçün bu görüşdə xal(lar) üçün oynayacaq.  

 

Topaz Premyer Liqası, 2017/18 mövsümü

XXV turun oyunu

27 aprel 2018

“Zirə” - “Qarabağ”  1:2

Qollar: Aleksandr Dedov 61 : Donald Gerye 55, Markos Madera 90+3

"Zirə": 1. Anar Nəzirov (k) 4. Vüqar Mustafayev 5. Adil Nağıyev 10. Orxan Əliyev 11. Viktor İqbekoyi 14. Tellur Mütəllimov 17. Vüsal İsgəndərli 18. Yani Urdinov 29. Comal Uilyams 38. İlkin Muradov 39. Sadiq Quliyev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 3. Jozef Bum 9. Aleksandr Dedov 16. İbrahim Aslanlı 21. Sahil Cəfərov 77. Mirsahib Abbasov 88. Elşən Abdullayev 98. Elçin Əliyev

"Qarabağ”: 13. İbrahim Şehiç 2. Qara Qarayev 5. Maksim Medvedev (k) 30. Abbas Hüseynov 20. Riçard Almeyda 32. Elvin Yunuszadə 11. Mahir Mədətov 77. Donald Qerye 90. Ramil Şeydayev 7. Rahid Əmirquliyev 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski 12. Şahruddin Məhəmmədəliyev 8. Markos Madera 14. Rəşad Sadıqov 25. Ansi Aqolli 22. Əfran İsmayılov 49. İbrahim Əliyev 91. Coşqun Diniyev 21. Arif Daşdəmirov


Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
Zirə İdman Kompleksinin stadionu

Mövsümün əvvəlki oyunları: 0:0, 2:3, 0:2 

Müəllif: Orxan NOVRUZOV