Millimiz Türkiyəni ağır məğlubiyyətlə tərk edir

ESTAFET/ 2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Antalyada təşkil olunan UEFA İnkişaf turnirində son oyununu keçirib. Millimiz Türkiyədən olan həmyaşıdları ilə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə nəticələnib. Yığmamızın heyətində Bəhruz Tanırverdiyev 34-cü, Siyadi Baxşəliyev isə 37-ci dəqiqədə qırmızı vərəqə alıb.

 

Qeyd edək ki, U-15 yığmamız ilk iki turda Gürcüstana (1:2) məğlub olub, Türkiyənin U-14 komandası ilə (1:1) bərabərə qalmışdı. Komandamız qrupu 1 xalla başa vurub. 

Müəllif: Orxan NOVRUZOV