İLK GÜNÜN QAZANCI 1 BÜRÜNC OLDU

ESTAFET/ Xəbər verdiyimiz kimi Tbilisidə (Gürcüstan) yeniyetmə güləşçilər arasında Dünya çempionatı başlayıb. Bü gün Yunan-Roma üslubunda güləşən pəhləvanların mübarizəsi ilə çümpionat estafetə çıxıb.
Yarışların ilk günündə 5 təmsilçimiz - Zaur Nuriyev (50 kq), Elnur Musayev (54 kq), Həsən Məmmədli (58 kq), Cavid Mirəliyev (63 kq) və Əli Aminzadə (100 kq) mübarizəyə qoşulub. Onlardan yalnız biri - Zaur Nuriyev bürünc medal qazanmaqla fəxri kürsüyə qalxa bilib. Təmsilçilərimizin bütün nəticələrini təqdim edirik:
50 kq: Zaur Nuriyev - III yer
1/8 final: Zaur Nuriyev - Martin de la Riva (Meksika) 8:3
1/4 final: Zaur Nuriyev - Aleksandr Norstroem (İsveç) 8:0
Yarımfinal: Zaur Nuriyev - Giorgi Şotadze (Gürcüstan) 0:3
3-cü yer üçün: Zaur Nuriyev - Poya Sulat Dadmarz (İran) 6:4
54 kq: Elnur Musayev - V yer
1/8 final: Elnur Musayev - Konstantinos Damianakis (Yunanıstan) 8:0
1/4 final: Elnur Musayev - Kristzian Vanca (Macarıstan) 6:4
Yarımfinal: Elnur Musayev - Leri Abuladze (Gürcüstan) 0:8
3-cü yer üçün: Elnur Musayev - Jolaman Şarşenbekov (Qırğızıstan) 1:3
58 kq: Həsən Məmmədli - VII yer
1/16 final: Həsən Məmmədli - Qaurav Duhon (Hindistan) 8:0
1/8 final: Həsən Məmmədli - İrakli Dzimistarişvili (Gürcüstan) 5:1
1/4: Həsən Məmmədli - Valentin Petic (Moldova) 0:8
Təsəlliverici: Həsən Məmmədli - Hassan Mohamed (Misir) 1:2
63 kq: Cavid Mirəliyev
1/16 final: Cavid Mirəliyev - Hraçya Poqosyan (Ermənistan) 0:8
100 kq: Əli Aminzadə - VII yer
1/16 final: Əli Aminzadə - Yakub Kroçak (Çexiya) 7:0
1/8 final: Əli Aminzadə - Kiprian Trufan (Rumıniya) 3:1
1/4: Əli Aminzadə - Cerard Kurniçzak (Polşa) 1:2
Təsəlliverici: Əli Aminzadə - Şarap Alixanov (Rusiya) 8:0
