Karlsenin 3-cü səfərində 3-cü çempionluğu
ESTAFET/ Azərbaycanın mərhum qrossmesteri Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” superturnirinə bu gün yekun vurulub. Yarışın qalibi adını 3-cü dəfə dünya şahmatının lideri norveçli Maqnus Karlsen qazanıb.
O, superturnirin sonuncu turunda izləyicisi çinli Dinq Liren ilə üz-üzə gəlib. Qalib adını qqzanmaq üçün çinli şahmatçıya mütləq qələbə lazi idisə, norveçli vunderkində bərabərlik də kifayət edirdi. Bu səbəbdən, Maqnus çox da risk etməyərək sakit tərzdə növbəti çempionluğunu bayram edib.
Liren superturnirin gümüş, rus Sergey Karyakin isə bürünc mükafatına sahib olub.
Millimizin üzvlərindən Şəhriyar Məmmədyarov 4.5 xalla 4-cü, onunla eyni xalı toplayan Teymur Rəcəbov 7-ci, 4 xalı olan Rauf Məmmədov isə 9-cu olub.
“Shamkir Chess 2018”
IX tur
28 aprel 2018
David Navara (Çexiya, 2745) - Teymur Rəcəbov (Azərbaycan, 2748) 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan, 2704) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2843) - Dinq Liren (Çin, 2778) 0,5:0,5
Radoslav Voytaşek (Polşa, 2744) - Aniş Giri (Hollandiya, 2777) 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2778) - Veselin Topalov (Bolqarıstan, 2749) 1:0
Turnir cədvəli: Karlsen – 6 xal; Liren – 5.5; Karyakin – 5; Məmmədyarov, Voytaşek, Giri, Rəcəbov – 4.5; Topalov, Məmmədov – 4; Navara – 2,5.