Komanda nümayəndələrinin mətbuat konfransı: Azerbaijan Grand Prix 2018
ESTAFET/ Dünən Formula 1 Azərbaycan Qran Prisinin Media Mərkəzində növbəti mətbuat konfransı baş tutub. Bu dəfə jurnalistlər qarşısına komanda nümayəndələrindən Paul Monaqan (Red Bull) və Ceyms Allison (Mercedes), Pirelli şirkətindən isə Mario İzola çıxıb.
- Paul, Maks Ferstappen 1-ci sərbəst yürüşlər zamanı qəza keçirdi. Bolidin vəziyyəti haqqında
nə deyə bilərsiniz?
Paul MONAGHAN: Bolid bir az zədə alıb, ön hissəsinin sol küncünü dəyişməli olduq. Sol tərəfdə bir
az təmir işləri aparmalıyıq. Bir az vaxtımızı alacaq, ancaq problemi tezliklə həll edəcəyik.
- Maksla qəza haqqında danışmısınız? Qəzaya səbəb nə idi?
PM: Səbəbi müəyyənləşdirmək çətindir. Heç nə qırılmayıb, heç nə nasaz deyil. Məncə, Maks eyni
nöqtədə çox tormozlama etdi. Səbəbi araşdırırıq, ancaq ciddi bir problem olduğunu düşünmürəm.
Maks 2-ci sərbəst yürüşdə mübarizəyə davam edəcək. Narahatçılığa heç bir əsas yoxdur.
- Komandanız mövsümün ilk üç yarışından ikisində ən sürətli dövrəyə imza atdı, eyni zamanda
Çin Qran Prisində möhtəşəm qələbə qazandı. Sizcə, bolid mövsümün növbəti yarışlarında öz
performansını qoruyub saxlaya biləcəkmi?
PM: Bu müzakirəni Abu Dabidə etməli idik. Rəqiblərimizdən çox şey asılıdır. Bütün gücümüzü
səfərbər edərək bolidi mümkün ən yaxşı vəziyyətə gətirəcəyik. Bizdən asılı olan məsələlərdə
əlimizdən gələni edəcəyik.
- Barselonaya necə hazırlaşırsınız? Şassi ilə bağlı yeniliklər varmı?
PM: Hər yarışda mütləq müəyyən yeniliklər olur. Bu yeniliklərin sayı yarışdan yarışa dəyişir.
İspaniyada bəzi dəyişiklər etməyi planlaşdırırıq. Baxarıq, görərik.
- Mario, Çin Qran Prisində supersoft tərkibi seçmədiniz. Bu yanaşmanız nə dərəcədə uğurlu
oldu? Komandaların bu qərara münasibəti necə oldu?
Mario ISOLA: Doğru seçim idi, ancaq təhlükəsizlik maşını vəziyyəti bir qədər dəyişdi. Təhlükəsizlik
maşınına görə yarışı iki dəfə dayandırmalı olduq. Ferrari və Mercedes kimi güclü komandalar
sıralanma turunda yarışa fərqli tərkiblə başlamaq üçün yumşaq təkər tərkibləri ilə mübarizə
apardılar. Odur ki, strategiyamızda bəzi dəyişikliklər etdik. Bəhreyndə də hər üç tərkib yarış üçün
uyğun idi və bütün komandalar müxtəlif kombinasiya və strategiyadan istifadə etdilər. Məqsədimiz
də elə budur.
- Mövsümdən əvvəl hər qran pri üçün iki pit-stop nəzərdə tutulmuşdu, ancaq bütün yarışlarda
yalnız bir dəfə pit-stop etmək mümkün oldu. İki pit-stopa nail olmaq üçün nə etməli idiniz?
MI: Strategiyamıza əsasən yarışlarda mümkün qədər müxtəlif sayda pit-stop olmalıdır. Təkər
tərkiblərini seçərkən iki pit-stop strategiyasını tətbiq etmək istəyirik. Bundan başqa pit-stopların sayı
üç və ya bir ola bilər. Komanda seçim etməkdə sərbəstdir. Bir dəfə pit-stop edərkən komanda daha az risk etmiş olur. Belə ki, pit-stopdan sonra yarışa qayıtmaq və digər bolidləri ötüb keçmək heç də
həmişə asan deyil. Bir-birinə oxşar strategiyalar təklif edəndə komandalar adətən bir dəfə pit-stop
etməyə qərar verirlər.
- Dünən Avstriya Qran Prisi də daxil olmaqla növbəti yarışlar üçün təkər tərkiblərini
açıqladınız. Pirellinin bir az da olsa daha aqressiv tərkiblər seçdiyi qənaətindəsinizmi?
MI: Ümumiyyətlə, bu il daha dinamik təkər tərkibləri seçmişik. Ötən illə müqayisədə bu il Bakıda iki
dəfə daha yumşaq tərkib seçmişik. Doğru qərar vermək üçün əlimizdə kifayət qədər məlumat
olmalıdır. Bakı üçün tərkibləri 15 həftə öncə elan etmişik. Seçim etməkdə rəqəmlərlə yanaşı digər
elementləri də nəzərə alırıq. Daha maraqlı yarışa şahid olmaq üçün hələ ki, daha yumşaq tərkiblər
seçmişik.
- Ceyms, Mercedes komandası Mühəndislər Çempionatında liderdir. Ancaq hibrid mühərriklərə
keçəndən bəri ilk dəfədir ki, komanda üç yarışdan heç birində qələb qazanmayıb. Komandada
hazırki əhval-ruhiyyə necədir?
James ALLISON: Şübhəsiz ki, komanda ilk qələbəsini böyük səbirsizliklə gözləyir. Şansımız var idi.
Onlardan bəzilərini dəyərləndirə bilmədik. Heç bir səhv etmədən yarışmaq və qələbə qazanmaq
istəyirik.
- Sizcə, bu bolidi idarə etmək Bottasla müqayisədə Hamilton üçün daha çətindir?
JA: Deməzdin. Hamilton Melburn və Bəhreyndə sürətlər qutusu ilə bağlı cərimə aldı, ancaq
mübarizəyə yaxşı vəziyyətdə davam edir.
- Bu mövsüm komandaların turnir cədvəlindəki yerini necə qiymətləndirərdiniz?
JA: Çətin sualdır. Melburnda yarışın ən sürətli komandası idi. Bəhreyndə Ferrari ilə çox yaxın
mübarizə apardıq. Ümumi götürsək, Ferrari bir az üstünlüyə sahibdir. Onları üstələyəcimizi
düşünürdük. Sonra birdən təhlükəsizlik maşını yarışa daxil oldu. Komandalarımız arasında gərgin
mübarizə gedir. Bu da yarışa əlavə maraq və həyəcan qatır.
- Növbəti mövsümdən etibarən Formula 1 yanacaq üzərindəki məhdudiyyəti aradan qaldıracaq.
Sizcə bu, komandalar arasındakı rəqabətə necə təsir edəcək?
PM: Düzünü desəm, bu suala cavab verə bilmərəm. Ferrari və Mercedes komandalarının yanacaq
sərfiyyatını ancaq təqribi hesablaya bilərik. Məncə, yeni qərar komandalar arasındakı rəqabətə təsir
etməyəcək.
JA: Mən də belə düşünürəm. Yanacaq məhdudiyyətinin aradan qaldırılması turnir cədvəlinə təsir
etməyəcək.
- Ferrari Bəhreyndə qəza etdikdən sonra pit-stop prosedurunda dəyişiklik etdinizmi?
JA: Xeyr.
PM: Mənim də cavabım eynidir. Heç bir dəyişiklik etməmişik.
- Haloya quraşdırılan güzgüyə edilən qayda dəyişikliyi ilə bağlı nə düşünürsünüz?
PM: Məsələyə aydınlıq gətirilib. Haloya güzgü quraşdıra bilərik. Biz də növbəti yarışlarda bundan
istifadə edə bilərik. Bacaracağıq, ya yox, çətin sualdır.
JA: Bu, qayda dəyişikliyi yox, mövcud qaydalara aydınlıq gətirilməsidir. Heç bir qaydanı pozmadan
güzgünü başın müdafiə qurğusuna bərkitmək çətin məsələdir.
- 2020-ci il reqlamentinə edilən dəyişikliklərlə bağlı nə düşünürsünüz? Bolidlərə yanacaq doldurmaq üçün pit-stopa qayıtmağa icazə veriləcək?
JA: Bunun baş verməsi üçün yanacaq doldurmaqla bağlı dəyişiklik olmalıdır. Əgər yenidən yanacaq
doldurmağa icazə verilsə, yarış daha sürətlə davam edəcək. 2021-ci il reqlamentinə ediləcək
dəyişikliklərlə bağlı təkliflərdə bu məsələnin əks olunması haqqında isə məlumatım yoxdur.
- Bu zaman bolidin çəkisinin də kəskin artacağı gözlənilir?
JA: Yanacaqdan asılı olmayaraq, bolidin çəkisinin artacağı gözlənilir.
PM: Çətin sualdır. 2021-ci il texniki reqlamentinə ediləcək dəyişikliklərlə bağlı təkliflərlə tanış deyilik.
Ceymsin də söylədiyi kimi hələ ki, yenidən yanacaq doldurulmasına icazə verilmir. Yeni qaydadan
asılı olaraq, bolidin çəkisi arta bilər.
- Yanacağın yenidən doldurulmasının tərəfdarısınız?
PM: Düzü, bilmirəm. Düşünürəm ki, bu zaman bütün komandaların strategiyaları bir nöqtədə
birləşəcək. Qələbə qazanmaq üçün ən çevik metodu seçməliyik.
JA: Bu məsələ diqqətlə qiymətləndirilməlidir. Yanacağın yenidən doldurulması strategiyası yarışın
marağını və həyəcanını azaldır. Çünki boliddə kifayət qədər yanacaq varsa, dövrəni başa vurduqda
yanacaq qurtardığı üçün dayanmalı olursan və hər kəs bunun nə zaman baş verəcəyini
proqnozlaşdıra bilir.
- Ceyms, ötən mövsüm komandanız Ferrari ilə qızğın mübarizə aparırdı. Bu il bu mübarizəyə
Red Bull komandası da qoşulub. Bu rəqabət komandanız üçün hansı çətinliklər yaradıb və bu
çətinliklərə cavabınız nə olub?
JA: Cavabımızı zaman özü göstərəcək. Gözəl mübarizə aparacağımıza ümid edirəm. Qarşıda bizi
qızğın mübarizə gözləyir. Hər iki rəqibimiz güclüdür. 6 bolid arasında podium uğrunda gedən
mübarizə hər bir pilot üçün başağrısıdır. Bütün gücümüzü səfərbər edəcəyik. Səhvlərə yol vermək
olmaz. İstənilən halda, hər üç komanda olduqca güclüdür.
- Mario, ilk sessiyadan sonra ultrasoft təkər seçimi haqqında hər hansısa bir rəy aldınızmı?
Sebastianın radio danışığını eşitdik. Kiminin isə yalnız bir dəst “super” təkər tərkibi var.
- Pilotlar bu tərkiblər haqqında nə düşünürlər?
MI: Şəhər trekləri üçün xarakterik olan bir neçə trek yoxlanışı etmişik. Hər üç tərkibin performansını
ölçmək üçün 2-ci sərbəst yürüşləri gözləməliyik. Ümumiyyətlə, yerə sıxma gücü aşağıdır. Hava isə
küləklidir. Bu da bəzən bolidin performansına təsir edir. 2-ci sərbəst yürüşlərdə nə baş verəcəyini
gözləmək lazımdır.
- Mario, Mercedes də daxil olmaqla bir neçə komanda builki Pirelli təkərlərinə tam
uyğunlaşmaqda çətinlik çəkir. Bu vəziyyət sizi təəccübləndirirmi? Paul və Ceyms, bu sualım
hər ikinizədir, öz perspektivinizdən yola çıxaraq təkərlərin ölçümünü necə
qiymətləndirirsiniz?
MI: Xeyr, bu məqam mənə təəccüblü gəlmir. Biz müəyyən temperatur aralığında işləyə biləcək
təkərlər təqdim edirik. Lakin hər zaman bunun ən yuxarı həddi vardır. Əgər üç komanda da bir-birinə
çox yaxın həddə mübarizə aparırsa, onda komandalar təkərin ən yaxşı performansını tapmaq üçün
saniyənin yüzdə birlik fərq uğrunda mübarizə aparırlar. Bu baxımdan çox geniş təkər seçimlərimiz
belə olsa digər komandalarla müqayisədə üstünlük qazandıracaq seçim tapmaq çox çətindir. Yeni
təkər tərkibləri, xüsusən daha yumşaq tərkiblər tapmaq üçün biz ötən il araşdırmalara yumşaq
tərkiblidən başladıq. Bu elə tərkibdir ki, burada seçim genişdir. Burada yanaşma təkərlərin seçim
imkanlarını genişləndirməkdir. Əvvəl qeyd etdiyim kimi, 80 dərəcədən 110 dərəcəyədək burada
problemsiz performansa tam nail olmaq mümkün olmur, hər zaman yuxarı hədd mövcuddur və əgər
bolid həmin həddə dayana bilirsə, onda onlar performans baxımından üstünlüyuə sahib olacaqlar.
CA: Biz adətən yarış zamanı təkər seçimini düzgün edirik. Buna görə də bütün yarışlarda, o
cümlədən mövsüm öncəsindəki sınaqlarda və ilkin yarışlarda təkərlərdən çox gözəl performans əldə
etmişik. Lakin bütün sıralanma turlarında buna tam nail ola bilmirik. Çalışırıq ki, təkəri elə bir
dövrədəcə isindirək. Bunu reallaşdırmaq mümkündür və buna hər səfərdə nail ola bilsək, onda çox
əyləncəli olacaq.
PM: Sualına cavab olaraq onu deyə bilərəm ki, bu məsələ son bir neçə il əvvəldəki kimi çətin deyil
artıq. Nə istədiyini tam müəyyənləşdirərək ona uyğun hərəkət etdikdən sonra və həm də sürücülər
və komandalar bunu düzgün başa düşdükdən sonra təkərlərin performansı cəhətdən üstünlüyə
sahib olmaq mümkündür.
- Sualım hər iki texniki rəsmiyədir. Büdcənin yuxarı həddinin 150 milyon dollar olmasına dair
danışıqlar var və bu məhdudiyyət yalnız texniki və yarış əməliyyatı ilə əlaqədar məsələlərə tətbiq olunur, çünki marketinq xərcləri bura daxil edilmir. Ceyms, xüsusən sizin komandanız
ən böyük büdcəyə sahib komandalardan biridir və həmçinin Paul sizcə, iki il kimi qısa
müddət ərzində büdcəni 150 milyon dollaradək azaltmaq nə qədər realdır?
JA: Fikrimcə bu suala cavab bir az əvvəl ödəniş dərəcəsinə dair dediklərimlə bir qədər əlaqədardır.
Siz bu məsələni Totoya çatdırmaq istəyirsiniz, lakin bildiyim odur ki, ədalətli məbləğin düzgün təyin
olunması ilə əlaqədar bütün komandalar və Liberty şirkəti arasında növbəti həftələr və aylar ərzində
müzakirələr daha geniş şəkildə aparılacaq və əminəm ki, bütün tərəflər üçün uyğun olan mövqe
razılaşdırılacaq.
PM: Ceymsin dediyi ilə razılaşıram. Gözləyəcəyik görək müzakirələr necə gedir və qaydalar tam
müəyyənləşdikcə biz də komandanı ona uyğunlaşdırmağa çalışacağıq.
- Ceyms və Paul üçün başqa bir sual. Son bir neçə ay ərzində FİA rəsmilərinin yarışda iştirak
edən müxtəlif komandaların tərkibinə daxil olması böyük müzakirələrə səbəb oldu. Həmin
rəsmilərdən biri komanda rəsmisi kimi burada ilk yarış həftəsonuna Renaultda işə
başlayacaq. Təkliflərdən biri bu olub ki, belə hallar komandaların FİA-ya nəyi təqdim edib-
etməyəcəyi barəsində etibarsızlığa səbəb olur. Çünki təqdim olunan həmin məlumatlar FİA-
dan ayrılanlar vasitəsilə sonradan başqa komandalara ötürülə bilər. İndiyədək buna dair hər
hansı bir hadisə yaşanıbmı və sizcə bu məsələ getdikcə ciddiləşəcəkmi?
PM: Bu ciddi məsələdir. Deyə bilərik ki, müxtəlif platformalarda bu haqda danışılıb. İnanıram ki,
hazırda FİA, F1 və bütün komandalar arasında ictimaiyyətə bəlli olmayan müəyyən razılıq
mövcuddur. Bu baxımdan tərəflər sözügedən məsələdən məlumatlıdırlar. Təklifim odur ki,
idarəetmədə bütün komandalara çıxışı olan hər hansı bir şəxs bu məsələ üstündə çalışmalıdır və
məlumatların ötürülməsi məsələsi ilk növbədə müəyyən dəyişikliklər əsasında məhdudlaşdırılmalıdır
və daha sonra lazımi tədbirlər görülməlidir. Çünki biz hamımız eyni risklə üz-üzəyik.
CA: Xatırladığım qədərilə sənin sualın bu barədə hər hansı bir hadisənin yaşanıb-yaşanmadığı
haqqındadır. Xeyr, FİA hər zaman bizim təqdim etdiyimiz məlumatlara nöqsansız olaraq ədalətli və
ehtiyatlı şəkildə davranır. İndiyədək bir neçə rəsmi bu qurumdan ayrılsa da, ümumiyyətlə belə bir
hadisə yaşanmayıb.