İslandiyanın münduial üçün heyəti: DÇ-2018

ESTAFET/ İslandiya millisi gələn aydan etibarən start götürəcək DÇ-2018 üçün iştirak ərizəsi açıqlanıb. Rusiyaya yollanacaq heyətdə 23 futbolçu yer alıb ki, onlardan yalnız biri daxili çempionatda iştirak edir. Bu, müdafiəçi Birkir Sevarssondu.

 

Qapıçılar: Hannes Halldourson ("Randers", Danimarka), Runar Aleks Runarsson ("Nordsyelland", Danimarka), Frederik Şram ("Roskilmde", Danimarka);

 

Müdafiəçilər: Kari Arnason (“Aberdin”, Şotlandiya), Sverrir İnqason, Raqnar Siqurdsson (hər ikisi “Rostov”, Rusiya), Herdur Maqnusson (“Bristol Siti”, İngiltərə), Birkir Sevarsson (“Valyur”), Ari Freyr Skulason (“Lokeren”, Belçika), Samuel Fridyonsson (“Volorenqa”, Norveç), Holmar Eyuyolfsson (“Levski”, Bolqarıstan);

 

Yarımmüdafiəçilər: Birkir Byadnason (“Aston Villa”, İngiltərə), Rurik Qislason (“Zandhauzen”, Almaniya), Yohan Qvyudmundsson (“Bernli”, İngiltərə), Aron Eynar Qyunnarsson (“Kardiff”, İngiltərə), Qilfi Tour Siqurdsson (“Everton”, İngiltərə), Olafur İnqi Skulason (“Karabükspor”, Türkiyə), Arnor Traustason (“Malmö”, İsveç), Emil Hallfredsson (“Udineze”, İtaliya);

 

Hücumçular: Yon Daudi Bedvarsson (“Ridinq”, İngiltərə), Albert Qudmundsson (PSV, Hollandiya), Byorn Siqurdson (“Rostov”, Rusiya), Alfred Finnboqason (“Auqsburq”, Almaniya).

 

Xatırladaq ki, İslandiya mundialda Argentina, Nigeriya və Xorvatiya ilə D qrupunda mübarizə aparacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV