İsveçin 11-ci çempionluğu

ESTAFET/ Buz xokkeyi üzrə Danimarkada keçirilən kişilər arasında Dünya çemionatına yekun vurulub. Mundialın həlledici oyununda İsveçrə və İsveç milliləri qarşılaşıblar.
Əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyindən bullitlərdən istifadə olunub. Bullitlərdə daha dəqiq olan İsveç millisi Dünya çempionatının qalibi olub.
Dünya çempionatı, Buz xokkeyi
Final
İsveç - İsveçrə 3:2 (əsas və əlavə vaxt 2:2, bullitlər 2:1)
Bürünc medallara isə ABŞ xokkeyçiləri sahib olublar. Onlar Kanadanı 4:1 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, ötən ilki Dünya çempionatının da qalibi İsveç yığması olmuşdu. Bununla da, skandinavlar 11-ci çempionluqlarını rəsmiləşdiriblər.
