Şeydayev bu həftə “Mattersburq”a keçəcək

ESTAFET/ Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bu həftə “Mattersburq”a qoşulacaq. Bu barədə məlumatı Avstriya təmsilçisinin baş məşqçisi Gerald Baumqartner verib.

 

O, yerli mətbuata açıqlamasında bildirib ki, müqavilə ilə məxsus olduğu “Trabzonspor”la dünən məşqlərə başlayan gənc forvardın yolunu gözləyirlər: “Hər şey yaxşı getsə, Şeydayev bu həftə “Mattersburq”a keçəcək. Ancaq bununla da transfer fəaliyyətini yekunlaşdırmayacağıq. Yarımmüdafiənin sağ cinahına və orta sahədə universal olan bir oyunçu almağı planlaşdırırıq”. 

 

Mənbə: APASport

Müəllif: Natiq NƏSİROV