6 oyun - 6-cı yer

ESTAFET/ 16 yaşadək yeniyetmələrdən ibarət basketbol yığma komandamız San Marinoda keçirilən Avropa Çempionatının play-off mərhələsinin (5-8-ci yerlər uğrunda) birinci oyununda 74:45 hesabı ilə Maltanı məğlub edib.

 

İkinci qarşılaşmada isə Elşən Yusubovun yetirmələri Şotlandiya millisinə uduzadaq (62:71) yekunda çempionatın altıncı yerində qərarlaşdılar. Final qarşılaşmasında Andorra millisi Uelsi 84:49 hesabı ilə məğlub edərək Avropa Çempionu titulunu qazandı.

 

Sevindirici haldir ki, çempionat boyu məhsuldar oyun sərgiləyən millimizin üzvü Cəbrayıl Əkbərov Avropa Birinciliyinin simvolik beşliyində yer aldı. 

Müəllif: Natiq NƏSİROV