9-cu "Baku Open" beynəlxalq turniri keçiriləcək

ESTAFET/ 28-30 sentyabr tarixlərində ənənəvi "Baku Open" turniri keçiriləcək. 9-cu dəfə təşkil edilən yarış keçmiş Sovet Sosiaslist Respublikaları İttifaqında karatenin 40 illik yubileyinə həsr olunur. Turnirə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları həm dəvət olunacaq, həm də iştirak edəcəklər.

 

Bakı idman sarayında yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaq.  

Müəllif: Bəhruz MƏMMƏDOV