AFFA rəsmisinə UEFA-dan yeni təyinat

ESTAFET/ AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev qitənin ali futbol qurumu tərəfindən yeni təyinat alıb.

 

Belə ki, futbol funksionerimiz UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində avqustun 16-da, Sankt-Peterburq şəhərindəki Petrovski stadionunda keçiriləcək “Zenit” (Rusiya) - “Dinamo” (Belarus) oyununda UEFA nümayəndəsi olacaq. 

Müəllif: Natiq NƏSİROV