AFFA-da ötən mundial təhlil olundu

ESTAFET/ Bu gündən etibarən AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib. Avqustun 11-dək davam edəcək bu modul 2018-ci ildə Rusiya təşkil olunmuş dünya çempionatında keçirilmiş oyunların təhlilinə həsr ediləcək.

 

Qarşılaşmalarda taktiki planda diqqətçəkən məqamlar və müşahidə olunan yeniliklər müzakirə olunacaq.

 

UEFA-nın tövsiyəsi ilə təşkil olunmuş, AFFA-nın texniki direktoru Bernhard Lippert, təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilən bu modulun yekunları kursda təhsil alan məşqçilərin qiymətləndirilməsinə təsir göstərməyəcək. 

 

Mənbə: Sport24

Müəllif: Bəhruz MƏMMƏDOV